Putin Maskı təriflədi

Putin Maskı təriflədi Dünya

Rusiya prezidenti Vladimir Putin İlon Maskı universitet tələbələrinə tərifləyib.

Rusiya lideri Maskın əfsanəvi sovet raket mühəndisi Sergey Korolevlə müqayisə oluna biləcək qabaqcıl olduğunu deyib.

Elm və mühəndislik sahəsində ixtisaslaşan Bauman adına Moskva Dövlət Texniki Universitetini ziyarət edən Putin tələbələrə "Bilirsiniz, bir adam var, Amerikada yaşayır. Mask deyə bilərik ki, o Marsı tərifləyir".

“Bunlar bəşəriyyətdə tez-tez görülməyən müəyyən ideya ilə yüklənmiş insanlardır. Bu gün də belə ideyalar inanılmaz görünsə də, adətən bir müddət sonra öz bəhrəsini verir. Necə ki, bizim pioner Korolevin ideyaları vaxtında yaranıb", - o əlavə edib.

Günel Məlikzadə