-
- 7-10-2019, 13:26
- 758
İlham Əliyev Bağdad Amreyevi qəbul etdi - FOTO- YENİLƏNDİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi qəbul edib.
News24.az xəbər verir ki, qonağı salamlayan Prezident İlham Əliyev deyib:
- Sizi mühüm hadisə - Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının növbəti sammiti ərəfəsində yenidən görməyimə şadam. Bu, mühüm hadisəyə hazırlığın son ştrixlərini müzakirə etmək üçün yaxşı imkandır. Biz çox fəal hazırlaşırıq. Əminəm ki, sammit yüksək səviyyədə keçəcək, bizim dövlətlərin əməkdaşlığı işində yeni mərhələlərə nail olacağıq.
Son illərdə əməkdaşlığımızın coğrafiyası genişlənir. Bizim üçün çox xoşdur ki, qardaş dövlətlər təşəbbüslərimizə qoşulur. İndiki sammit yubiley sammiti olacaq. Azərbaycanın qədim şəhəri olan Naxçıvanda 10 il əvvəl biz Əməkdaşlıq Şurasının yaradılması ilə bağlı qərar qəbul etdik. Mən bu mühüm qərara gətirib çıxaran bütün məqamları təfərrüatı ilə xatırlayıram. Siz bilirsiniz ki, Azərbaycan qardaş dövlətlərin başçılarını ilk dəfə deyil ki, qəbul edir. Buna görə də əminəm ki, həm təşkilati tərəfi, həm də məzmun cəhəti yüksək səviyyədə olacaq. Bu mühüm tədbir ərəfəsində biz sizinlə sammitə hazırlıqla bağlı son məqamları müzakirə etməliyik ki, tədbir uğurla keçsin və bizim ölkələri daha da sıx birləşdirsin.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad AAmreyev deyib:
- Bizi qəbul etdiyinizə görə sağ olun, cənab Prezident. Doğrudan da sammit artıq yaxınlaşmaqdadır. Həqiqətən də indi görülən işlər və sammitə qədər nələri edə biləcəyimizi Sizə bildirməyimə böyük ehtiyacım var. İlk növbədə, demək istərdim ki, Azərbaycan, ümumiyyətlə, türk birliyi prosesində xüsusi yer tutur. Məhz Azərbaycan torpağı Naxçıvanda razılaşma imzalanıb. Məhz Bakıda, Azərbaycan torpağında siz yubiley sammitini qəbul edirsiniz. Artıq 10 ildir ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası fəaliyyət göstərir. Həmin 10 il bir növ təşəkkül dövrü olub. İndi bu dövrü Sizin siyasi iradəniz, türk birliyinin formalaşması üzrə verdiyiniz mühüm qərarlar sayəsində başa çatdırmışıq. Biz təşəkkül, təsisat dövrünü başa vurmuşuq. İndi isə biz yeni mərhələyə - artıq böyük inteqrasiya mərhələsinə keçirik.
***
11.26

News24.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.