USD 1.7
EUR 1.9044
TRY 0.2527
RUB 0.0248
  • Bakı 20°C
  • ŞUŞA 14°C
  • GƏNCƏ 20°C
  • LƏNKƏRAN 20°C
  • ŞƏKİ 19°C
  • QUBA 18°C
  • NAXÇIVAN 16°C

Bakıda narkotik satanlara qarşı ƏMƏLİYYAT - FOTO - VİDEO

KRİMİNAL

Mətn ölçüsü

 Polis əməkdaşları tərəfindən Binəqədi qəsəbəsinin müxtəlif nöqtələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı növbəti əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, kompleks əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan əvvəllər Binəqədi qəsəbəsi sakinləri məhkum olunmuşlar Yusif Allahverdiyev, Nicat Novruzlu, Elçin Həsənov və Heybət Abbasov saxlanılıblar. Onların üzərlərinə baxış zamanı şəxsi istehlak miqdarından artıq çəkidə narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər ifadələrində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.

Faktla bağlı 43-cü Polis Bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.
Qeyd edək ki, 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərin ifşa olunması istəqamətində mübarizə tədbirləri bundan sonra da qətiyyətlə davam etdiriləcək.

Video

Qalereya

6

Xəbəri paylaş: