"Aysun az qaldı sürüşüb yerə çaxılsın..." -
    • 9-10-2019, 11:12
    • 1 495

"Aysun az qaldı sürüşüb yerə çaxılsın..." - "MAŞIN ŞOU"DA GÖZLƏNİLMƏZ HADİSƏ - VİDEO

Ötən gün "Maşın" şouda gözlənilməz açıqlamalar səsləndirilib.

News24.az xəbər verir ki, şounun aparıcısı, Xalq artisti Murad Dadaşov səsvermə kürsüsünə çıxan Aysun İsmayılova haqqında maraqlı məlumatlar söyləyib. Dadaşov bildirib ki, sən demə, Aysun illər öncə "Maşın" şouda iştirak edib:

""Maşın şou"nun dördüncü buraxılışında Rəqsanə iştirakçımız oldu. Günlərin birində Rəqsanə Aysunu yanına cağırdı. Sonra onu maşının üstündə otuzdurdu. Aysun çox dəcəlilik eləyirdi. Qəfildən necə fırlandısa, az qaldı maşının üstündən yerə yıxıla. Meyxanaçı Vüqar Əbdülov da balaca Aysunu yıxılmaqdan qorudu. Bu zaman o, özündən asılı olmadan əllərini maşından çəkdi. Biz bunu çox götür-qoy etdik, qərara gəldik ki, Vüqarı şoudan kənarlaşdırmayaq. Çünki bu, onun günahı deyildi. Bu hadisə  "Maşın şou"nun tarixində tək və yeganə istisna hal oldu. İllər keçdi, indi Aysun özü burda iştirakçıdır".

Qeyd edək ki, müğənni Aysun İsmayılova səsvermədə uduzub, şounun tərk etdi. 

Sevda Bayramova