-
- 9-10-2019, 20:12
- 1 194
"Şoudan çıxan iki iştirakçını ömür boyu bağışlamayacağam..." - Zümrüd Qasımova
"Hələ ki, danışmaq lazım deyil. Üç dəfə hədəf olmuşam. Hədəf olaraq məni seçirlər, sonra da mənim üzərimdən başqasına yönlənib, şoudan uzaqlaşdırırlar. İnanmıram ki, səsvermədə güclü rəqib olacam. Görək necə olacaq".
News24.az-ın məlumatına görə bu sözləri Zümrüd Qasımova jurnalistlərin suallarını cavablandırarkən bildirib:
"Burada dayanmaq əziyyətdir, gərgin ab-havadayıq. Sakit deyiləm, öz mövqeyim var. İştirakçılardan da, ancaq istəyim odur ki, açıq mübarizə aparsınlar. Çünki mənim də, səs istəməyə haqqım var".
Zümrüd Qasımova onu da bildirdi ki, şoudan çıxan iki iştirakçını heç vaxt bağışlamayacaq:
"Biri elə ilk günlərdə çox əsəbilərimi pozdu hətta sağlamlığıma da, təsir etdi. Digəri isə bu yaxınlarda şoudan ayrıldı. Onların maskaları burada cırıldı. Ona görə də, heç vaxt onlarla barışmayacam".
Sevda Bayramova