Əməkdar artist Nərgiz Cəlilova qızı Nərmindən danışıb.


News24.az xəbər verir ki, İradə İsakın "Birdən milyona" verilişində aparıcı övladının Amerikada yaşadığını söyləyib. O, qızının ərə getdiyini açıqlayıb:


"Fransada oxuyub, hazırda Amerikada yaşayır. İstəmirdi onunla bağlı fotolar paylaşım, tanınsın. Qızımın ailə qurduğunu gizlətmədim. Sadəcə, bəyan etmədim".


Cəlilova "Çinli birinə ərə gedib" sözlərinə belə cavab verib:

"Çində doğulub, uyğurdur. Amerika vətəndaşıdır, orada yaşayır. Qızım toyunu hamının bilməsini istəmədi".

/Axşam.az/

Teglər: Əməkdar artist Nərgiz Cəlilova Aparıcı Qızı Ailə
Kotanli