-
- 21-08-2018, 13:56
- 4 487
Zülfiyyə Xanbabayeva bayağı mahnılar, efir mədəniyyətsizliyi və Brilliant Dadaşova haqda danışdı
Xalq artisti Zülfiyyə Xanbabayeva maraqlı açıqlamalar edib.
Bir neçə gün öncə “Yenə gəl” adlı mahnısını təqdim edən müğənni son zamanlar bayağı mahnıların artmasına qarşı olduğunu deyib:
“Biz müğənnilərdən çox şey asılıdır. Biz kütlənin zövqünü yaxşılığa doğru dəyişə də bilərik, korlaya da. Amma bayağı mahnılar hər zaman olub.
Sadəcə olaraq, həmin mahnılar efirə buraxılmırdı. Hazırda isə daha çox təbliğ olunur. Tək əldən səs çıxmaz. Mənimlə bərabər bir neçə sənətçi var ki, buna qarşıdır. Düşünürəm ki, bu məsələdə tamaşaçıların və medianın üstünə də çox yük düşür. Son vaxtlar həmin bəstələr çox təbliğ olunur.
Reklamın pisi yaxşısı olmur. Bu mənə aid deyil. Mən anti-reklamı reklam saymıram. Amma dünyada belə bir yazılmamış qanun var ki, anti-reklam da reklamdır. Ona görə də həmin mahnıların pisliyinə də heç nə yazmaq lazım deyil”.
Xalq artisti bayağı mahnı ifa edənlərin hər gün efirlərdə olmasının günahını da özündə görüb:
“O müğənnilərin bütün günü efirdə olmasının günahını da özümdə görürəm. Çünki efirləri boş qoymuşuq. Amma telekanallarda istənilən veriliş yoxdur”.
Sevilən ifaçı efirlərdə mədəniyyətin olmadığını dilə gətirib:
“Estrada mədəniyyəti sıfır dərəcəsindədir. Bu musiqilər, arajimanlar bilmirəm hardan gəlir. Yəqin baxış çox gəlir ona görədir. Amma mən özümə söz vermişəm ki, bunlara aldanmayacağam. Çünki 30 ildir ki, öz yolumla gedirəm. Əlbəttə ki, mahnı yazdıranda günün tələblərinə diqqət edirəm, amma hazırda da məni yüz faiz qane edən bəstə yoxdur”.
Zülfiyyə Xanbabayeva instagramda izləyici sayından da danışıb:
“Sosial şəbəkələr çıxandan sonra efirləri nə edirəm? Elə buradan da müsahibə verə bililəm. İnstagramı 2 il olar ki açmışam. Sevinirəm ki, izləyicilərim saxta deyil. Özüm-özümü aldatmaq istəmirəm.
İnstagram artıq yaradıcılığımızın bir qoludur. Misal üçün insan var ki, özünü necə gəldi çəkib ora yerləşdirir. Buna görə komandam məni öldürər. Hazırda instagramı olmayana bir təhər baxırlar”.
O, hazırda bir neçə layihə üzərində çalışdığını da açıqlayıb:
“Yaradıcılığıma davam edirəm. Çoxları məndən konsert gözləyir. Konsert mənim üçün çox məsuliyyətlidir. Bundan başqa sevilən xanım müğənni ilə duet hazırlayırıq. Növbəti layihəm isə retro mahnıladan 5-6 bəstəlik fərqli aranjimanda albom ərsəyə gətirməkdir”.
Z.Xanbabayeva qızı Dəniz haqda bunları deyib:
“Həyatımın böyük hissəsini isə qızıma ayırıram. Dənizin boyu artıq məni keçib. Çoxları Dənizin yaşının böyük olduğunu deyir. Onun hələ 11 yaşı var.
Dəniz dünyaya gec gəldiyinə görə ona daha çox vaxt ayırmaq istəyirəm. Mən yaradıcılığımın ardınca o qədər qaçdım ki, öz şəxsi həyatımı unutdum. Başa düşürdüm ki, həyatda mənə övlad lazımdır”.
Xalq artisti ona “Özünü yuxarı ilə aparırsan” deyənlərə cavba verib:
“Deyirlər ki, özümü yuxarda tuturam. Bu əsla belə deyil. Mən sadəyəm. Sadəcə olaraq özümə hörmət edən, və dəyərimi bilən insanam. Bilənlər bilir ki, mən heç vaxt özümü dartmamışam. Hər kəs məni olduğum kimi qəbul etsin. Bəlkə də kiməsə səmimiyyətsiz gəlirəm. Özümü yuxardan aparıb, kimə nə etmişəm?
Misal üçün bəzi saytlardan mənə yaxınlaşıb şəklimi çəkmək istəyəndə çox mədəni şəkildə xahiş edirəm ki, mən qadınam gözəl və estetik görünmək istəyirəm. Kənardan çəkməyin. Bu onların acığına gəlir, həmin şəkillərimi yayımlayıb nə isə yazırlar”.
Z.Xanbabayeva xalq artisti Brilliant Dadaşova haqqında da fikir bildirib:
“Mən Brilliantı sənətkar adlandırıram. Brilliant məktəbi var və bu danılmazdır. Ola bilər nə vaxtsa onunla münasibətimiz pozular, amma bunu heç vaxt inkar etməyəcəyəm ki, Brilliant sənətkardır və onun məktəbi hələ uzun illər çoxlarına kömək olacaq”.
Teymur Məmmədov