“Mənimlə problemi olan həmin fotonu paylaşır” - Tolik
    • 5-07-2018, 13:16
    • 1 275

“Mənimlə problemi olan həmin fotonu paylaşır” - Tolik

Prodüser Tarix Əliyev aparıcısı olduğu “Hər Şey Daxil” verilişində illər öncə çəkilən fotosundan danışıb. 

O, illər öncə yayınlanan fotosu haqda bunları deyib:

“15 il bundan öncə bir doğum gününə getmişdim. Orada dedim ki, bananı qabıqlı yeyərəm. Hansısa fotoqraf şəkli çəkmişdi və jurnalın üz qabığında çap olunmuşdu. Bunu görən də olmuşdu görməyəndə.

İndi isə mənim 39 yaşım var. Mənimlə problemi olan həmin fotonu paylaşır. Görənlər də bunun yeni olduğunu düşünür. Belə hallarda özümə qapanıram”. 

Teymur Məmmədov