-
- 11-10-2019, 11:31
- 1 086
Cavid Qurbanov: "Bunun üçün Prezidentə müraciət etdik"
Bu ilin sonunadək Bakı dairəvi dəmir yolunun açılışı nəzərdə tutulur.
News24.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.
Sədr bildirib ki, son illərdə 1000 km-ə yaxın dəmir yolu təmir olunub.
C.Qurbanov onu da əlavə edib ki, bununla bağlı bəzi çatışmazlıqlar var idi və bunun üçün ölkə Prezidentinə müraciət edilib: "Yolun bir tərəfi Biləcəridən başlayır. Xırdalan, Sumqayıt, Pirşağı, Zabrat-I, Zabrat -II, Sabunçu, Bakıxanov, Koroğlu istiqamətində elektrik qatarlarının xidmətindən istifadə etmək olacaq. Bu dairə təxminən 92 kilometrdir".