Nazirlik bir ailədən 3 nəfərin öldüyü hadisə barədə MƏLUMAT YAYDI
    • 11-10-2019, 14:10
    • 649

Nazirlik bir ailədən 3 nəfərin öldüyü hadisə barədə MƏLUMAT YAYDI

Daxili İşlər Nazirliyi dünən Xızı rayonunda baş verən ağır yol qəzası ilə balı məlumat yayıb.

News24.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 10-da saat 11 radələrində Xızı rayonunun Yeni Yaşma qəsəbəsi ərazisində rayon sakini T.Allahverdiyev idarə etdiyi “VAZ-2107” markalı avtomobili qarşıda gedən Bakı şəhər sakini İ.Qasımovun idarə etdiyi “MAN” markalı yük avtomobilinə vurub. Nəticədə T.Allahverdiyev və sərnişinləri olan anası Lalə Məmməd qızı və arvadı Nazilə Süleymanova hadisə yerində ölüblər.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.