Təranə Qumral məhkum olundu - Məhkəmədən şok qərar
    • 21-08-2018, 16:59
    • 2 849

Təranə Qumral məhkum olundu - Məhkəmədən şok qərar

Müğənni Nazəninlə Təranə Qumralın məhkəmədə hazırlıq iclası olub.

Bu barədə “Alter Eqo” hüquq şirkətinin baş direktoru Heyrat Qarayev açıqlama verib.

Onun sözlərinə görə, təqsirləndirilən şəxs Təranə Qumralın törətdiyi cinayət əməli məhkəmədə tam sübuta yetirilib:

“Zərərçəkmiş şəxslər Nazənin Salayeva, həyat yoldaşı Məhəbbət Həsənov və prodüseri Pərviz Abbasovdan üzr istəmə və təkzib vermə barədə iki məhkəmə qərarını o, qərəzli icra etmədiyinə görə məhkəmə iclasında məhkum edilib. O, Nərimanov rayon məhkəməsinin hökmü ilə 4000 manat cərimə olunub”.

Qeyd edək ki, sözügedən cinayət işi ilə bağlı 5 aydır ki, gedən məhkəməyə bu gün son qoyulub.

//Yenicag.az