-
- 11-10-2019, 22:03
- 1 256
Kiyevdə baltalanaraq öldürülən azərbaycanlı tələbə məşhur bəstəkarın nəvəsiymiş — FOTO
23 yaşlı azərbaycanlı tələbə Cavid Hacıyev bir neçə gün əvvəl Kiyevdə öz həmyerlimiz tərəfindən qətlə yetirilib. O, İqtisad Universitetində magistr təhsili alırdı.
News24.az xəbər verir ki, “Modern.az” saytı qətlə yetirilən tələbənin ailəsi barədə məlumat əldə edib.
Belə ki, Ukraynada öldürülən azərbaycanlı tələbənin anası Bakı Musiqi Akademiyasının müəllimi, sənətşünaslıq üzrə doktor, professor Minə Hacıyevadır.
Babası da tanınmış bəstəkar, əməkdar incəsənət xadimi və professor Telman Hacıyevdir.
Qeyd edək ki, Kiyev prokurorluğundan verilən məlumatda qətlin təxminən 23 yaşlı Azərbaycan vətəndaşı tərəfindən törədildiyi bildirilir.