-
- 21-08-2018, 21:00
- 950
"Miryusif belə məclislərdə ancaq “kola” içirdi” - Müəmmalı şəkildə ölən xanəndənin dayısı
Bərdə rayonunda xanəndələr Miryusif Mirizadə və Novruz Hüseynovun ölümü ilə nəticələnmiş dəhşətli qətl hadisəsinin üzərindəki müəmma örtüyü hələ də qalmaqdadır.
Qarabağın məşhur xanəndəsi Sərdar Əvəzoğlu baş vermiş hadisənin əsl səbəbinin onun üçün də qaranlıq qaldığını bildirib: "Bərdə Rayon Prokurorluğunda, bəlkə də, hadisənin səbəblərini artıq bilirlər. İstintaq Miryusif Mirizadəni dostu Novruz Hüseynovun qətlə yetirdiyini, ailə üzvlərinin, qardaşı və anasının da bu qətldən xəbərlərinin olduğunu, artıq müəyyənləşdirib. Görünür ki, bundan sonra başqa müəmmalara da son qoyulacaq. Əsl həqiqət ortaya çıxacaq".
Mərhum xanəndə Miryusif Mirizadənin dayısı oğlu Səbuhi İbayev isə hələ də qətlin dəqiq təfərrüatları barədə tam məlumatlı olmadığını deyib: "İstintaq gedir. Hadisə barədə prokurorluq daha çox məlumatlıdır. Yeni faktlarla bağlı prokurorluq dəqiq məlumat verə bilər”.
Səbuhi İbayev mətbuatda yayılan məlumatlara da münasibət bildirib. Qeyd edib ki, mediada həqiqətə uyğun olmayan məlumatlar yayılır: "Miryusif seyid olub. Haramdan həmişə uzaq durub. Mətbuatda Novruzla bərabər Miryusifin də narkotik maddə istifadəçisi olduğu yazılır. Hansı ki, o, narkotik maddələrdən həmişə uzaq olub. Dəfələrlə Novruzu da narkotik istifadəsindən uzaq durmağa çağırıb. Pivə belə içməyib. Ancaq yazırlar ki, guya dostlar görüşüb, pivə içiblər. Miryusif belə məclislərdə ancaq "kola” içirmiş”.
Səbuhi İbayev həqiqətdən uzaq xəbərlərin yayılmaması üçün media nümayəndələrinin istintaqın dəqiqləşdirdiyi məlumatlara istinad etməyin vacibliyini vurğulayıb.
Qeyd edək ki, ilkin istintaq nəticəsində xanəndə Miryusif Mirizadənin dostu Novruz Hüseynovun evində qardaşı və anasının gözü qarşısında qətlə yetirildiyi məlum olub. Bu səbəbdən də Novruz Hüseynovun qardaşı Elçin Hüseynovun haqqında Azərbaycan Respublikasının CM-nin "cinayəti bilib gizlətmə" maddəsinə uyğun olaraq 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Hazırda o, Gəncə təcridxanasında saxlanılır.
//sputnik.az