-
- 12-10-2019, 13:00
- 1 241
"Mən ölən kimi ərim evlənəcək, uşağım ortada qalacaq..." AKTRİSA HƏR KƏSİ GÖZ YAŞINA BOĞDU
Ötən gün "Maşın" şouda yayımlanan bir süjet hər kəsi kədərə boğdu.
News24.az xəbər verir ki, video çarxda iştirakçılar yaşadıqları acı xatirələrini bölüşüblər. Onlardan biri aktrisa Zümrüd Qasımovadır:
"Həyatımın ən gözəl çağlarını yaşayırdım. Cəmi 27 yaşım var idi. Ağlımın heç ucundan da, keçməzdi ki, nə vaxtsa bu xəstəliyə düçar olacam. İlk iki ili bu xəstəliyi anam və həyat yoldaşımla birgə çəkdim. Başqa heç kim bilmirdi. Həyatımda bütün problemlərimi, hətta xəstəliyimi gülərək yola salmışam. Dodağımda da, daim qırmızı boyam olub. O, xəstəlik yer üzündə olan ən böyük cəhənnəmdir. Düşündüm ki, yaşaya bilməyəcəm. Hər zaman arzulamışam ki, çox uşağım olsun. Türkiyədə müalicə olunanda həkimlər dedilər ki, ana olmaq fikirindən mütləq uzaqlaşmalısan, amma istəmirdim. 5 il ana olmaq aruzusu ilə yaşadım. Sonuncu dərmanları qəbul edəndən sonra hiss etdim ki, ana olmağa hazırlaşıram. Amma bir anlıq fikirləşdim ki, mən uşağımı dünyaya gətirib ölmək istəmirəm. Çünki mən öləndən sonra həyat yoldaşım yenidən evlənəcək, övladım da, ortada qalacaq. Həm də istəmirdim ki, uşağım mənim genlərimi daşısın. Övladım olmadı və özümü ümumiyyətlə analıqdan məhrum etdim".
Sevda Bayramova