Bakıda kütləvi şəkildə ölmüş qoyunlarla bağlı  AÇIQLAMA
    • 21-08-2018, 17:42
    • 758

Bakıda kütləvi şəkildə ölmüş qoyunlarla bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bakıdakı yarmarkalardan birinə Siyəzəndən yetmişə yaxın qoyun gətirilib.

Lakin qapalı yerdə gətirildiyindən, dördü istisna olmaqla, qalan qoyunlar ölü vəziyyətdə maşından endirilib. Buna görə satıcılar külli miqdarda ziyana düşməmək üçün yerdə can verən heyvanları kəsməyə başlayıblar.

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev bildirib ki, artıq aidiyyəti orqanlar bu məsələni yoluna qoyub:

“Bu xəbər yayılanda aidiyyəti üzrə nümayəndələr artıq orada idi. Yerindəcə tədbir görüldü. Həmin qoyunlar oradan yığışdırıldı və satışına icazə verilmədi. Polis əməkdaşları isə qoyun sahibləri barədə lazımi tədbir görməyi öz öhdələrinə götürdülər”.

//Oxu.Az