Hülya Avşardan Bülent Ersoya: "Hər qoyun öz ayağından asılacaq"
    • 23-03-2019, 15:53
    • 960

Hülya Avşardan Bülent Ersoya: "Hər qoyun öz ayağından asılacaq"

Müğənni və aktrisa Hülya Avşar həmkarı Bülent Ersoyu özündən çıxaracaq açıqlama edib. 

News24.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı B.Ersoyun kürk geyinməsinə münasibət bildirib: "Bu haqda pis bir şey demək istəmirəm. Hər qoyun öz ayağından asılacaq. Bülent xanımın heyvanları sevdiyini bilirəm, ancaq kürk mövzusunu çox uzadır. Bəzən insanlarda özünə qarşı antipatiya yaradır. Sərt reaksiya verir".