BAKIDA ŞOK HADİSƏ - Azyaşlı uşaqlar cinayət törətməyə məcbur edilib
    • 14-10-2019, 11:32
    • 833

BAKIDA ŞOK HADİSƏ - Azyaşlı uşaqlar cinayət törətməyə məcbur edilib

Bir müddət əvvəl Bakı şəhərində yetkinlik yaşına çatmayan 2 nəfəri ağır cinayat törətməyə məcbur etmə əməli törətdiyinə görə tutulan və məhkəmənin hökmü ilə təqsirli bilinərək məhkum edilən Səfərov Süleyman Səbuhi oğlu Ali Məhkəməyə müraciət edib.

News24.az
-ın məlumatına görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 170.3-cü, yəni,  yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə - zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə törədildikdə və ya yetkinlik yaşına çatmayanı cinayətkar qrupa və ya ağır, yaxud xüsusilə ağır cinayətin törədilməsinə cəlb etmə maddəsi ilə məhkum edilən S.Səfərov barəsindəki hökmün dəyişdirilməsini tələb edib. İşə hakim Tahir Kazımovun sədrliyi ilə baxılacaq.

Məlumatlarda bildirilir ki, S.Səfərov 2 azyaşlını oğurluq və quldurluq cinayətləri kimi ağır əməllər törətməyə məcbur edib. O, həm də yuxarıda qeyd edilən cinayət əməllərinə görə məhkum edilib.