Bakıda kişi yeniyetmə qızı cinayətə məcbur etdi – ŞOK CİNAYƏT
    • 30-04-2019, 10:08
    • 1 399

Bakıda kişi yeniyetmə qızı cinayətə məcbur etdi – ŞOK CİNAYƏT

Bakıda yeniyetmə qızı qeyri-qanuni əməllər törətməyə məcbur edən kişiyə cinayət işi açılıb.

News24.az-ın məlumatına görə, Sabunçu rayon sakini olan Mustafayev Əbülfət Əli oğlu barəsində Cinayət Məcəlləsinin 170.1-ci, yəni On səkkiz yaşına çatmış şəxs tərəfindən yetkinlik yaşına çatmayanı aldatma, vədlər vermə, hədə-qorxu vasitəsi ilə cinayətkar fəaliyyətə cəlb etməmaddəsi ilə iş açılıb. Sabunçu rayon polis İdarəsində aparılan ibtidai istintaq yekunlaşıb və iş rayon məhkəməsinə göndərilib. İlk iclas mayın 8-nə təyin edilib. İşə hakim Mirheydər Zeynalovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, barəsində cinayət işi açılan Əbülfət Mustafayev tanışının Rühəngiz adlı yeniyetmə qızını cinayət əməlinə sövq edib.