“Türk dünyasındakı həmrəyliyimizin daha da böyüməsi bizim üçün qürurdur" - Ərdoğan
    • 14-10-2019, 13:25
    • 1 065

“Türk dünyasındakı həmrəyliyimizin daha da böyüməsi bizim üçün qürurdur" - Ərdoğan

“Türk dünyasındakı həmrəyliyimizin daha da böyüməsi bizim üçün qürurdur”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə Görüşündə iştirak edəcək.

“Bakıda ilk olaraq Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcəyəm”, - deyə Türkiyə Prezidenti qeyd edib.

Ərdoğan vurğulayıb ki, sentyabrda Budapeştdə Türk Şurasının Avropa nümayəndəliyinin açılması Türk Şurasının gücünə güc qatıb. /apa/