-
- 14-10-2019, 16:14
- 926
Bakı məktəblisi dünya çempionu oldu
Paytaxt məktəblisi Hindistanda 14 yaşlılar arasında keçirilən şahmat üzrə dünya çepionatında qalib gəlib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 249 nömrəli tam orta məktəbin IX sinif şagirdi Aydın Süleymanlı bütün rəqiblərini üstələyərək I yeri qazanıb.
BŞTİ-dən News24.az-a verilən məlumata görə, ümumilikdə 11 oyunda iştirak edən məktəbli 9 xal toplayaraq dünya çempionu adına layiq görülüb. Aydın Süleymanlı diplom, qızıl medal və kubokla təltif olunub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bu qələbəsinə görə Aydın Süleymanlını təbrik edib.
Qeyd edək ki, son 4 ildə şahmat üzrə dünya çempionatında ölkəmizə qızıl medalı yalnız A.Süleymanlı qazandırıb.
A.Süleymanlı bu yaxınlarda 16 yaşlılar arasında Türkiyədə keçiriləcək ümumdünya olimpiya çempionatında iştirak edəcək.
Onu da qeyd edək ki, bu A.Süleymanlının ilk qələbəsi deyil. Məktəbli bundan öncə beynəlxalq və ölkədaxili yarışlarda iştirak edərək böyük qalibiyyətlər əldə edib, ikiqat Avropa və dünya çempionu adını qazanıb. 2019-cu ildə isə “Beynəlxalq ustad” adına layiq görülüb.