Alimlər ölü beyini CANLANDIRDILAR
    • 14-10-2019, 16:19
    • 958

Alimlər ölü beyini CANLANDIRDILAR

Yapon alimləri yeniliyə imza atıblar.

News24.az "Science Alert"-ə istinadən xəbər verir ki, alimləri siçanların beyin toxumalarının canlılığını gəmiricilərin kəllə sümüyündən çıxardıqdan sonra 25 gün ərzində qoruyub saxlaya biliblər.

Tədqiqatçılar, kiçik kanal vasitəsi ilə toxumalara qidalı mayeləri ötürən clhaz hazırlayıblar. Quruma problemini həll etmək üçün isə alimlər optimal nəm təmin edən xüsusi bir membrandan istifadə ediblər.

Tədqiqatçıların fikrincə, beyin toxumasının fəaliyyətinin maksimal vaxtı 100 günə çata bilər. Metod transplantasiya üçün nəzərdə tutulmuş orqanların qorunması üçün istifadə edilə bilər.