Daha 3 əcnəbi vətəndaş XİN-ə MÜRACİƏT ETDİ
    • 15-10-2019, 09:31
    • 833

Daha 3 əcnəbi vətəndaş XİN-ə MÜRACİƏT ETDİ

İsveçrə Konfederasiyasında fəaliyyət göstərən “Kuhner Fondu” Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə müraciət edərək, bu Fondun rəhbəri Laura Kuhner (İsveçrə), eləcə də onun üzvlərinin Tim Bürgin (Almaniya) və Qifti Dvamena (İsveçrə) adlarının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib.

Xarici İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, məktubda “Kuhner Fondu” Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi, eləcə də ölkəmizin qanunlarına hörmət etdiyini bəyan edib. Həmçinin müraciətdə, Fondun üzvləri etdikləri səfərin törədə biləcəyi nəticələr barədə məlumatsız olduqları qeyd edilir.

“Kuhner Fondu”nun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və bu Fondun üzvlərinin adlarının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.