Sabiq vitse-prezident Trampı AĞILSIZ ADLANDIRDI
    • 16-10-2019, 09:47
    • 1 057

Sabiq vitse-prezident Trampı AĞILSIZ ADLANDIRDI

“ABŞ prezidenti Donald Tramp Rusiya ilə münasibətdə səhv siyasət yürüdür və NATO-nun dağılmasına səbəb ola bilər”. 

News24.az 
“CNN”-ə istinadən xəbər verir ki, bu sözləri keçmiş vitse-prezident Co Bayden deyib. Debatda çıxış edən C.Bayden "Prezidentimiz qaydasız davranır, ağılsızdır, xarici siyasət haqqında heç nə bilmir və yenidən seçilməməsindən qorxduğu üçün belə hərəkət edir.

Rusiya NATO-ya təsir göstərməyə və parçalamağa çalışır. Prezident isə nə edir? Deyir ki, Rusiya prezidenti Vladimir Putinə inanıram, kəşfiyyatımıza inanmıram".

Baydenin sözlərinə görə, Donlad Tramp ABŞ bütün NATO dövlətlərinin onlardan birinə hərbi hücuma qarşı birgə kollektiv cavab verməsi ilə bağlı öhdəliklərini yerinə yetirməyə hazır olduğunu nümayiş etdirməyib: "O yenidən seçilsə, NATO-nun mövcudluğunun dayandıracağına söz verirəm".