Narkotik daşıyan pişik məhkəmədən öncə QAÇDI
    • 16-10-2019, 15:27
    • 1 156

Narkotik daşıyan pişik məhkəmədən öncə QAÇDI

Polisin həbsxanaya narkotik daşınmasında şübhəli bildiyi pişik məhkəmədən əvvəl qaçıb və bu da işə baxılmasını xeyli çətinləşdirib.

News24.az
"Kommersant"a istinadən xəbər verir ki, heyvan istintaq tərəfindən verildiyi zooparkdan qaçıb. Hüquqşünaslar iddia edirlər ki, işdə əsas maddi sübut olan pişiyin itməsi müttəhimin istintaq eksperimentini keçirmək, pişiyin həqiqətən qadağan olunmuş maddələri daşıya biləcəyini yoxlamaq imkanından məhrum edir. Onların fikrincə, pişiyi saxlamağa cavabdeh olanlar cəzalandırılmalı, iddia edilən cinayət alətinin itirilməsi ilə əlaqədar işin özü bağlanmalıdır.

İş materiallarına görə, məhkum bunun üçün eyni koloniyada doğulmuş pişikdən istifadə edərək 6 nömrəli Tula koloniyasına narkotik tədarükü təşkil etmişdir. Prokurorluq hesab edir ki, 2018-ci ilin yayında məhkum pişiyə taxdığı xaltada gizli cib hazırlayıb və narkotiki oraya yerləşdirib. 

Ancaq plan uğursuz olub. Həm bu işi görən şəxslər həm də pişik polis əməkdaşları tərəfindən tutulub. Heyvan maddi sübut kimi tanınıb və yerli zooparka göndərilib.

Pişiyin qaçması isə məhkəməyə gələndə məlum olub: "Soyuq olduğu üçün pişiyi qəfəsdən çıxartmağa icazə verdik. Ancaq bir dəfə itlər bizə tərəf qaçdı. O, itlərdən qorxdu və qaçdı".