Sirkə və sodanı unudun: Sadəcə bir stəkan bütün kirli boruları açacaq
Maraqlı
Evlərdə tez-tez rast gəlinən kanalizasiya və əl-üz yuyanlarda yaranan tıxanıqların aradan qaldırılması üçün kimyəvi vasitələrdən istifadə etmədən də effektiv üsulların mövcud olduğu bildirilir.
News24.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, sadəcə bir stəkan duzdan istifadə etməklə borularda yaranan yüngül tıxanıqları aradan qaldırmaq mümkündür.
Qeyd olunur ki, mətbəxlərdə yağ və qida qalıqları, vanna otaqlarında isə saç və sabun qalıqları zamanla boruların daxili səthinə yapışaraq suyun normal axınını zəiflədir. Sərt suyun istifadə edildiyi ərazilərdə borularda əhəng yığılması bu prosesi daha da sürətləndirir.
Təklif edilən üsula əsasən, bir stəkan duz birbaşa boruya tökülür, üzərinə az miqdarda limon turşusu əlavə edilir və daha sonra isti su yavaş-yavaş axıdılır. Təxminən 10–15 dəqiqə gözlədikdən sonra yenidən isti su tökülərək suyun axını yoxlanılır.