Qırıcı təyyarə qəzaya uğradı - İKİ PİLOT ÖLDÜ
    • 17-10-2019, 10:20
    • 1 365

Qırıcı təyyarə qəzaya uğradı - İKİ PİLOT ÖLDÜ

Su-30 qırıcı təyyarəsi qəzaya uğrayıb. 

News24.az "Webinfomil" portalına istinadən xəbər verir ki, Venesuela Hava Qüvvələrinə məxsus qırıcı Cənubi Amerikada qəzaya uğrayıb.

Bolivar Respublikasının rabitə naziri Xorxe Rodriqes, hadisə zamanı Venesuela Hava Qüvvələrinin iki pilotunun öldüyünü təsdiqləyib. Eyni zamanda, Müdafiə Nazirliyinin rəsmi açıqlamasında qəzaya uğramış təyyarənin növü göstərilməyib.