-
- 17-10-2019, 21:30
- 921
Bakıda it dişləməsindən ölən azyaşlı ilə bağlı - TƏFƏRRÜAT
Bakıda it dişləməsindən ölən azyaşlı ilə bağlı bəzi təfərrüatlar məlum olub.
News24.az xəbər verir ki, 2015-ci il təvəllüdlü Əliheydər Xamıyevi sentyabrın 15-də Masallıda it dişləyib. Məlumata görə, azyaşlı Masallı Rayon Mərkəzi Xəstəxanasında dərhal nəzarətə götürülüb və ona dörd dəfə peyvənd vurulub.
Oktyabrın 10-da Bakıya gətirilən yaralıya xəstəxanada növbəti dəfə peyvənd olunsa da, oktyabrın 16-da ölüb.
Fakt araşdırılır.