-
- 23-08-2018, 17:18
- 1 183
Pərvin Abıyeva Qurban bayramını ələ saldı: “…it kəsirlər”
Nədənsə, islami bayramlar özünü “qlamur” hesab edən şəxs və qrupların hədəfində olur. Xüsusilə, Qurban bayramında vegeterianlar belə bu “qlamur” zümrə qədər qoyun-quzu təəssübü çəkmirlər.
Təəssüf ki, belə bir müqəddəs gündə tanınmış aktrisa Pərvin Abıyevanın “İnstagram”da yazdığı şərh müsəlmanlar üçün arzuolunmazdır.
Hazırda Çində olan aktrisa bir izləyicisinin “Orada da qurban kəsirlər” sualına “Hə, burada it kəsirlər” cavabını verməsi izləyiciləri arasında da şok yaşatdı. 700 mindən çox izləyicisi olan aktrisa tənqidlərdən sonra üzr istəmək yerinə “Dostumla zarafatımı çox böyütdünüz. Bilmirsiniz ki, burada qurban bayramı olmur” deyərək, özünün haqlı olduğunu isbat etməyə çalışıb.
Fəqət gözəl olduğu qədər getdiyi ölkə barədə məlumatlı da olsaydı, bilərdi ki, Çində rəsmi məlumatlara görə, 30, qeyri-rəsmi bilgilərə görə, 150 milyon müsəlman yaşayır.(yeniçağ.az)