Bakı Dövlət Universitetinin professoru Nəsrullayev Nazim Mürsəl oğlu vəfat edib.

News24.az-ın məlumatına görə, xəstəlikdən əziyyət çəkən 60 yaşlı professor dünən vəfat edib.

Qeyd edək ki, N.Nəsrullayev 14 aprel 1959-cu ildə Azərbaycanın Quba rayonunda anadan olub. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsinə daxil olub. 1980-ci ildə Universiteti bitirib və A.F.İoffe adına Fiziki-Texniki İnstitutunun (Rusiya) aspiranturasına daxil olub. 1988-ci ildə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi alıb. O, 30 ildən çox BDU-niun Fizika fakültəsində professor kimi fəaliyyət göstərib və dərs deyib.

Fotolar

Teglər: Bakı Dövlət Universiteti BDU Professor Vəfat etdi Azərbaycan
Kotanli