Bu gün Bakıda pulsuz konsert olacaq
    • 20-10-2019, 14:59
    • 1 039

Bu gün Bakıda pulsuz konsert olacaq

Oktyabrın 20-də (bu gün) Heydər Əliyev Mərkəzinin parkında Azərbaycan estrada ulduzlarının iştirakı ilə konsert təşkil olunacaq.
News24.az xəbər verir ki, 18 oktyabr-Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunan konsertdə Röya, Miri Yusif, Murad Arif, “Natiq” ritm qrupu, “Mirvari” rəqs qrupu çıxış edəcək.
Konsertin xüsusi qonaq müğənniləri də olacaq. Belə ki, müğənni-bəstəkar EMİN, Rusiyada yaşayıb-fəaliyyət göstərən tanınmış azərbaycanlı ifaçılar Bahh Tee (Bəxtiyar Əliyev), Ellai (Elvin Əliyev), Elman (Elman Zeynalov) konsertin xüsusi qonaqları olacaq, öz məşhur kompozisiyalarını səsləndirəcəklər.
19:00-da başlayacaq konsertə giriş sərbəstdir.