-
- 22-10-2019, 14:05
- 1 298
"Azərpaşa, Hacıbala Abutalıbovdan nümunə götür” Afaq Bəşirqızından SƏRT TƏNQİD
Xalq artisti Afaq Bəşirqızı bu gün Bakıda keçirilən Teatr Xadimləri İttifaqının növbəti konfransını yarımçıq tərk edib.
News24.az xəbər verir ki, mədəniyyət naziri Əbülfəz Qarayev, ittifaqın rəhbər heyəti, teatr və kino xadimlərinin iştirak etdiyi tədbirdə, Afaq Bəşirqızı Teatr Xadimləri İttifaqını və onun sədri Xalq artisti Azərpaşa Nemətovu sərt şəkildə tənqid edib:
“Teatr Xadimləri İttifaqının sədri çıxışını kimə yazdırıbsa, ona oxutmalı idi, çünki yazını oxuya bilmirdi. Film göstərib, təsirli səsləndirməklə deyil. Bu ittifaqı vaxtında kişilər yaradıb. O kişilərin əvəzində işi görənlərə deyirəm ki, “sizə ar olsun!”. Teatr Xadimləri İttifaqının konsepsiyası məlum deyil, cəmiyyətlə ayaqlaşmır. Onların nəyə xidmət etdiyini başa düşə bilmirəm.
Hamı Xalq artisti deyil. Hamının xalası, bibisi yoxdur. Hamının əli qırmızı telefona çatmır. Ona görə, aktyorların sosial vəziyyəti həddindən artıq pis idi. Allah can sağlığı versin, Cənab Prezident onların aylıq əməkhaqlarını artırdı. Ondan sonra da 2 dəfə əməkhaqqı artıb. Lakin əməkhaqqıyla həmin sosial problemləri həll etmək mümkün deyil. Teatr Xadimləri İttifaqı bu ittifaqın qayğısına qalmalıdır. "Kreslo"nu məşğul etməməlidir. Bu ittifaq aktyorların ev problemindən tutmuş, bütün sosial problemini həll etməlidir.
Mənim onlara qarşı fikrimi biləndən sonra, artıq festivallarda bəzi aktyorlara 1000 manat mükafat veriblər. Bu, böyük hadisədir. Mənim qulağıma gəlib çatanlar manat və qəpiklər oldu. Bunu Təftiş Komissiyası bildirib. Biz Gürcüstandan 20 manata ayaqqabı alıb, sənətçinin ayağına geyindiririk. Hanı bizim gözəl pinəçilərimiz, qrim ustalarımız?! Hanı Teatr Xadimləri İttifaqının rəhbərliyi?! Hanı kişilərin qoyub getdiyi miras?!
Teatr Xadimləri İttifaqının sədri Prezidenti görəndə dirəyin arxasında gizlənməməlidir. İttifaqın sədri ona yaxınlaşıb dərdini, işçisinin problemini deməlidir. Vətəndaşlıq budur. Səhərdən Prezidentdən sitatlar gətirib, onun adından sui-istifadə edirlər. "Dostum" Azərpaşanın yadına dünən Cənab Prezidentin dediyini salıram: “Yaşı pensiyaya çatan, 70-i keçən məmurlar Hacıbala Abutalıbovdan nümunə götürsünlər. Azərpaşa, Hacıbala Abutalıbovdan nümunə götür”. /redaktor.az/