-
- 22-10-2019, 15:17
- 1 007
Fazil Mustafadan "selfie" ittihamına cavab: "Ziyafət Əsgərov nüfuzunu artırmaq üçün..."
“Bu gün Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov Milli Məclisin iclasında şəxsiyyətimizə yönəlik bir atmaca ilə gündəmə gəlib”.
News24.az xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa həmkarı Ziyafət Əsgərovun onun haqda səsləndirdiyi fikirlərə münasibt bildirərkən deyib:“İclasda iştirak etmədiyimdən bu məlumatı saytlardan oxudum. Açığı mənim hörmətli Ziyafət müəllimin ünvanına hansısa irad səsləndirmədiyim halda belə bir açıqlaması bir qeder təəccüb doğurdu. Sonra anladım ki, hörmətli Ziyafət müəllim Milli Məclisin sədrinin yanında nüfuzunu artırmaq üçün belə bir fədakarlıq göstərib. Əgər belədirdə, o halda Ziyafət müəllimin bu taktiki addımına anlayışla yanaşmalıyıq. Məni narahat edən sadəcə bir elmlər doktorunun, Anayasa professorunun bizim çıxışlarımızı telefonla çəkərək sosial şəbəkədə paylaşmamızı selfi çəkdirmək kimi dəyərləndirməsidir. Görünür, hörmətli professor Anayasanın insan hüquqları ilə bağlı maddələrini və Milli Məclisin deputatının hüquqlarına aid müddəalarını çoxdandır gözdən kəçirməyib. Milli Məclisdə etdiyi çıxışları istədiyi formada yaymaq deputatın hüququdur və məhz bu hüququ tanımayanların sayəsində Milli Məclisin nüfuzu aşağı salınır”.
Qeyd edək ki, deputat Ziyafət Əsgərov həmakrı Fazil Mustafa haqda "Fazil Mustafa, Siz burada “selfie”, foto çəkdirib özünüzü reklam etdirmək istəyirsinizsə, öz işinizdir. Bunu Milli Məclis rəhbərliyinin adına yazmayın. Bura “selfie” çəkmək yeri deyil, ciddi orqandır, burada qanunlar yaradılır" deyib.