-
- 22-10-2019, 16:26
- 885
Mingəçevir su anbarında qadağan olunmuş ov vasitələrinin təmizlənməsinə başlandı
Mingəçevir su anbarında qadağan olunmuş ov vasitələrindən təmizlənməsinə başlanılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, su hövzələrinin sintetik torlardan və qadağan olunmuş digər ov vasitələrindən təmizlənməsi məqsədilə növbəti tədbir 22 oktyabr 2019-cu il tarixində Mingəçevir su anbarında keçirilib.
8 saylı Regional Ekologiya və Su Nəqliyyatında Polis idarələrinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Mingəçevir su anbarının bir hissəsi balıqların ovlanması üçün qadağan olunmuş ov vasitələrindən və sintetik torlardan təmizlənib.
Mingəçevir su anbarında və digər su hövzələrində reydlər davam etdirilir.