“Biz, tədbirlərin həm görünməyən, həm də lazımlı hissəsiyik” - VİDEO
    • 23-10-2019, 11:00
    • 724

“Biz, tədbirlərin həm görünməyən, həm də lazımlı hissəsiyik” - VİDEO

Onlarsız keçirilən beynəlxalq tədbirləri düşünmək mümkün deyil.

Söhbət ölkəmizdə baş tutan irimiqyaslı beynəlxalq konfranslar zamanı istifadə olunan sinxron və ardıcıl tərcümə xidmətindən gedir.
Çətin, lakin bir o qədər də maraqlı olan sahə haqda müsahibimiz “İnterpreter.az” Sinxron Tərcümə Şirkətinin baş meneceri Xəyalə Əliyeva News24.az-a danışıb.

O, qeyd edib ki, tərcümənin bu növü ilə məşğul olanlar demək olar ki, bütün sahələrdən məlumatlıdırlar.

-Xəyalə xanım, “İnterpreter.az” şirkəti neçə ildir fəaliyyət göstərir?

-Şirkətimiz 14 ildən artıqdır ki, fəaliyyət göstərir. Biz, tədbirlərin təşkili, sinxron və ardıcıl tərcümə xidməti həmçinin tədbirlərin sinxron tərcümə avadanlıqlarıyla təmin olunması ilə məşğuluq.

-Bu işdə kimlərlə əməkdaşlıq edirsiniz?

-Bizim xidmətlərimizə dövlət qurumları, nazirliklər həmçinin özəl sektorda fəaliyyət göstərən şirkətlər də müraciət edir.

-Bu sektorda rəqabət varmı?

-Təbii ki, bu sahədə öz sözünü demiş rəqiblərimiz var.

-Onlardan sizi fərqləndirən əsas cəhədlər hansılardır?

-Fərqimiz tədbirin yüksək formada keçirilməsidir. Şirkətdə  bütün işçilərdən yeganə tələbimiz ciddiyəti qorumaq, məsuliyyətli olmaqdır. Təbii ki, bizim tərcüməçilərin peşəkarlığı və texniki avadanlıqlarla məşğul olan işçilərimizin gülərüz olması, baş verən hər hansı bir nasazlığı yerində həll etməsi bizim əsas fərqimizdir.

-Şirkət üçün müştəri məmnuniyyəti də vacib amildir.

-Bəli, digər şirkətlərlə işləyənlər bizimlə əməkdaşlıq qurduqdan sonra fərqin çox olduğunu bildrirlər. Yüksək səviyyə, tərcüməçilərin onlarla ünsiyyət qurması, hətta texniki işçilərin geyimi belə əməkdaşlıq qurduğumuz şəxslər tərəfindən müsbət qarşılanır.

-Şirkətiniz hansı dillər üzrə tərcümə xidməti göstərir?

-Hazırda Azərbaycanda tələb olunan bütün dillər üzrə peşəkar tərcüməçilərimiz var. Qeyd edim ki, indiyədək elə bir hal olmayıb ki, müraciət edilsin və biz həmin dil üzrə fəaliyyət göstərməyək.

-14 il ərzində etimadları doğrultmaq çətin oldu?

-Çətin idi, amma zövqverici hissdir. Bu gün öz məsuliyyətini dərk edən bir və ya iki şirkət var. Biz də onlardan biriyik. Düşünün ki, “İnterpreter.az” şirkətinin təşkilatçılığını etdiyi tədbirlərə önəmli dövlət rəsmiləri qatılır. Bu, çox məsuliyyətli öhtəlikdir.

-Sinxron tərcümə zamanı edilən kiçik səhv böyük problemə də səbəb ola bilər.

-Bizim işimizin ikinci adı məsuliyyətdir. Boynumuza götürdüyümüz tədbirin başladığı andan sona qədər orada olan bütün danışıqlar, söhbətlər, baş verən hadisələr bizim  nəzarətimiz altında olur. Tərcümə elə bir işdir ki, kiçik texniki nöqsan belə mənfi nəticələrə səbəb ola bilər. Görüş zamanı insanların bir-birinə qarşı olan təəssuratlarına təsir edə bilər. Ona görə də biz, tədbirlərin həm görünməyən həm də lazımlı hissəsiyik.

Əlaqə: 050 386 08 06
www.interpreter.az