Məhkəmə Mehman Hüseynovla bağlı qərar verdi
    • 24-08-2018, 17:14
    • 1 293

Məhkəmə Mehman Hüseynovla bağlı qərar verdi

Həbsdə olan blogger Mehman Hüseynovun şərti olaraq vaxtından əvvəl azad edilməsi ilə bağlı tələbi qəbul olunmayıb.

 Qaradağ rayon məhkəməsi onun bu tələbəni rədd edib. Bu barədə Hüseynovun vəkili Şəhla Hümbətova məlumat verib. Onun sözlərinə görə, cəzaçəkmə müəssisəsinin rəhbəri mülahizə təqdim edərək, Mehmanın islah olunmadığını bildirib.

Vəkil onu da qeyd edib ki, qərardan şikayət verəcəklər.