Mehman Hüseynov müvəqqəti azadlığa buraxılacaq - RƏSMİ
    • 6-08-2018, 17:14
    • 1 722

Mehman Hüseynov müvəqqəti azadlığa buraxılacaq - RƏSMİ

Xəbər verdiyimiz kimi, həbsdə olan video-bloqer Mehman Hüseynovun anası vəfat edib.

 Pentensiar Xidmətin mətbuat katibi Mehman Sadıqov açıqlamasında bildirib ki, hazırda həbsdə olan bloggerin vəkili Şəhla Hümbətova Qaradağ rayon Qızıldaş qəsəbəsindəki 14 saylı Cəzaçəkmə müəssisəsində Mehman Hüseynovla görüşür. 

Mehman Hüseynovun cəzaçəkmə müəssisəsinin rəisinə müraciət edəndən sonra anasının dəfnində iştirak etmək üçün bugün onun müvəqqəti azadlığa buraxılacağı gözlənilir.

 Unikal.org