BŞİH qanunsuz yol nişanından min ədəd sifariş edəcək? – İcraçı şirkətdən Açıqlama
    • 24-08-2018, 17:34
    • 1 015

BŞİH qanunsuz yol nişanından min ədəd sifariş edəcək? – İcraçı şirkətdən Açıqlama

Xəbər verdiyimiz kimi, Bakı şəhər İcra Hakimiyyəti süpürgəçilərin təhlükəsizliyinin təmin edilməsi üçün yol nişanları sifariş verib. Lakin nəqliyyat ekspertləri bu nişanların Yol Hərəkəti haqqında qanunda olmadığını bildiriblər.

Bəs Bakı Şəhər İcra Hakimiyyəti bu nişanları hansı şirkətə sifariş verib?



Araşdırmalarımız zamanı məlum oldu ki, BŞİH sözügedən yol nişanlarının sifarişini ölkəmizdə fəaliyyət göstərən “BİN Group” MMC şirkətinə sifariş verib. Məsələ ilə bağlı sözügedən şirkətlə, “BİN Group” MMC ilə əlaqə saxladıq. Şirkətin direktor müavini Barış Demir məlumatı təsdiqləyərək sadəcə onlara verilən tapşırığı icra etdiklərini bildirdi:
“Hələlik 15 ədəd sifariş olunub. Amma bir gün sonra min ədəd sifariş veriləcək. Bizə sadəcə tapşırıq verilib ki, bunları hazırlayın, biz də hazırlamışıq”.
Sözügedən yol nişanların qanunvericiliyə daxil edilib-edilməməsi ilə bağlı Nazirlər Kabineti yanında Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası ilə əlaqə saxlamağa cəhd etsək də zənglərimizə cavab verilməyib.

 Bizimyol.info