Daha 10 sərnişin qatarı sifariş edildi - ADY
    • 5-05-2020, 20:30
    • 632

Daha 10 sərnişin qatarı sifariş edildi - ADY

Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) hərəkət tərkibi parkının yenilənməsi işləri çərçivəsində sifariş olunan, dəyişən cərəyanla işləyən 50 lokomotivdən 21-i artıq ölkəyə gətirilib.

News24.az xəbər verir ki, bu barədə ADY-nin sədri Cavid Qurbanov bu gün qurumda onun rəhbərliyi ilə keçirilən videokonfrans şəklində kollegiya iclasında bildirib.

Sədrin özlərinə görə, bu il daha 9 lokomotivin ölkəyə çatdırılması nəzərdə tutulur. 

“Eyni zamanda, 20 sərnişin vaqonundan 10-u artıq qəbul olunub, digər 10 vaqonun da cari ildə çatdırılması planlaşdırılır. Əlavə olaraq, Cəmiyyət tərəfindən 10 sərnişin qatarı sifariş edilib”, - deyə o, qeyd edib.