-
- 25-10-2019, 01:34
- 1 031
Yaqub Eyyubovun qarşılanma mərasimində olmaması diqqət çəkdi -FOTOLAR
Bu gün İran Prezidenti Həsən Ruhaninin Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimində bir məqam diqqət çəkib.
News24.az BakuPost-a istinadən xəbər verir ki, ali qonağı Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini Yaqub Eyyubov deyil, dünən Baş Nazirin müavini təyin edilmiş Şahin Mustafayev qarşılayıb.
Hansı ki, belə tədbirlərdə qonaqları həmişə Yaqub Eyyubov qarşılayırdı.
Bu gün isə bir neçə ölkənin dövlət başçılarının qarşılanma mərasiminin heç birində Yaqub Eyyubov görünməyib. Qonaqları Əli Əhmədov və Şahin Mustafayev qarşılayıblar.