Bakıda 19 yaşlı qız itkin düşdü
    • 25-10-2019, 23:54
    • 851

Bakıda 19 yaşlı qız itkin düşdü

Bakıda gənc qız itkin düşüb.

News24.az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib.

Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsi, ev 34-də yaşayan 2000-ci il təvəllüdlü İsmayılova Leyla Bayram qızı oktyabrın 21-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.