Əli Həsənov: “Qəza törədən şəxsin ailəmə aidiyyatı yoxdu, bəzi məmurlar həzm edə bilmədiyi üçün...
    • 26-10-2019, 21:50
    • 770

Əli Həsənov: “Qəza törədən şəxsin ailəmə aidiyyatı yoxdu, bəzi məmurlar həzm edə bilmədiyi üçün..."

Baş Nazirin sabiq müavini Əli Həsənovun adı yenidən medianın gündəminə gəlib. 

News24.az xəbər verir ki, musavat.com saytının əməkdaşı Əli Həsənovla telefon vasitəsilə əlaqə saxlayıb, ondan sözügedən xəbərə münasibət öyrənib.

Ə.Həsənov xəbərin ona və ailəsinə aid hissəsinin yalan olduğunu deyib: "Mənim və ailəmin İlkin Əliyev ad-soyadlı şəxslə heç bir əlaqəsi yoxdur. Bu, tamamilə yalandır, böhtandır. Bunu qətiyyətlə təkzib edirəm. Oğlumun guya ögey övladının olması və həmin gəncin də yol-nəqliyyat hadisəsi törətməsi barədə xəbərin yazılmasını sifariş hesab edirəm”.
Baş nazirin sabiq müavini daha sonra deyib: "Cənab Prezident oktyabrın 18-də keçirdiyi müşavirədə bəzi məmurları mətbuata sifarişli və qərəzli məlumatlar ötürməkdə ittiham etdi. Cənab İlham Əliyev dedi ki, bəzi vəzifəli şəxslər digər məmurları gözdən salmaq və onların imicini zədələmək üçün mətbuatda yalan, böhtan xarakterli xəbərlər yayırlar. Ölkə başçısı bu fəaliyyəti şantaj adlandırdı. Görünür, bəziləri ölkə başçısının bu iradını hələ də nəzərə almaq istəmir. Öz ərizəmlə vəzifədən çıxmışam, amma baxıram yenə də məndən əl çəkmirlər. Cənab Prezidentin məni qəbul edərkən ünvanıma dediyi o səmimi və isti sözləri, belə çıxır, bəzi məmurlar sinirə, həzm edə bilmirlər. Fürsətdən istifadə edib, sizin sayt vasitəsilə bu adamlara üzümü tutub deyirəm ki, belə ucuz və zərərli fəaliyyətdən əl çəksinlər. Bu işlər sonda onların özləri üçün başağrısına çevriləcək”.