-
- 27-10-2019, 11:08
- 3 007
“Parni iz Baku”nun üzvləri “Nə? Harada? Nə zaman?”da Murad Dadaşov oyundan uzaq düşdü
“İctimai” televiziyada (İTV) yayımlanan Rusiya, eləcə də MDB məkanının ən populyar intellektual “Nə? Harada? Nə zaman?” verilişinin budəfəki iştirakçıları “Şən və Hazırcavablar Klubu”nun məşhur üzvləri olub.
News24.az xəbər verir ki, verilişdə qonaq olan 20-ci əsrin çempionları “Parni iz Baku”nun ayrılmaz üzvləri Oleq Blank, Azər Məmmədzadə, Emil Abbasov, Bəhram Bağırzadə, Mehdi Mirsəlimov və Teymur Vaynşteyn yüksək intellektual biliklərini oyunda nümayiş etdiriblər.
İstər asan, istərsə də çətin sualların öhdəsindən asanlıqla gələn məşhurlar qonaqları, eləcə də tamaşaçıları təəcübləndirməyi bacarıblar.
“Parni iz Baku”nun üzvləri yumor və zarafatları ilə də oyuna rəng qatıblar.
“Nə? Harada? Nə zaman?” verilişinin budəfəki musiqili qonağı isə Xalq artisti Aygün Kazımova olub.