Bakının mərkəzindəki bu avtomobil hər kəsi qorxuya saldı - VİDEO
    • 28-10-2019, 10:14
    • 999

Bakının mərkəzindəki bu avtomobil hər kəsi qorxuya saldı - VİDEO

Bakı şəhəri ərazisində istifadəyə yararsız nəqliyyat vasitələrinin metal qırıntıları və digər köhnə avadanlıqları daşımasına tez-tez rast gəlirik.

News24.az-ın məlumatına görə, son olaraq paytaxtın mərkəzi küçələrindən olan Tbilisi prospektində lentə alınan “QAZ2410” markalı köhnə avtomobilin daşıdığı yük insanlarda hiddətlə qarşılanıb. Belə ki, üzərinə 12-13 metrlik metal boruları bağlayaraq daşıyan yararsız avtomobil digər hərəkət iştirakçılarına böyük təhlükə yaradıb. Tıxacda hərəkət edən bu avtomobil dəfələrlə real qəza şəraiti yaratmaqla yanaşı, yükdaşıma qaydalarını da pozub.

Hadisə yerindən çəkilən videonu təqdim edirik.