Ölkəyə 72 min ədəd partlayıcı KEÇİRMƏK İSTƏDİ - FOTO
    • 28-10-2019, 11:19
    • 583

Ölkəyə 72 min ədəd partlayıcı KEÇİRMƏK İSTƏDİ - FOTO

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "BMW 520" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, bu zamanı o, idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib.

Daha sonra "Nike" ləqəbli kinoloji xidməti itin tətbiqi ilə avtomobilə gömrük baxışı keçirilib. Xidməti itin reaksiyası nəticədə nəqliyyat vasitəsinin yük yerində və arxa oturacağın söykənəcəyinin arxasında ümumilikdə, 72 000 ədəd pirotexniki vasitələr aşkarlanıb.