-
- 28-10-2019, 17:54
- 719
Daha 11 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək
Sentyabr ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.
Kənd Təsərrüfatı Nazirliyindən News24.az-a verilən məlumata görə, mineral gübrələrin güzəştli şərtlərlə növbəti səyyar satışı Ağcabədi, Füzuli, Beyləqan, Saatlı, Sabirabad, Neftçala, Salyan, Qazax, Ağstafa, Tovuz və Samux rayonlarında təşkil ediləcək.
Səyyar satışlar oktyabrın 29-da Ağcabədinin Kəbrli və Saatlının Bəylər kəndlərində, oktyabrın 30-da Ağcabədinin Aşağı Təzəkənd, Sabirabadın Çölbeştəli və Qazaxın Çaylı kəndlərində, oktyabrın 31-də Füzulinin Qayıdış qəsəbəsində, Sabirabadın Muğan Gəncəli və Ağstafanın Qırlı kəndlərində, noyabrın 1-də Beyləqanın Mayak, Neftçalanın Xəzər və Tovuzun Xatınlı kəndlərində, noyabrın 2-də Beyləqanın Yuxarı Aran, Salyanın Yenikənd və Samuxun Qarayeri kəndlərində baş tutacaq.
Həmçinin ətraf kəndlərin sakinləri tələb olunan sənədləri - torpaq aktı və ya çıxarış, icra nümayəndəsindən ərizə-məlumat formasını və şəxsiyyət vəsiqəsinin surətini təqdim etməklə 70 faiz güzəştdən yararlanaraq mineral gübrə ala bilərlər.
Səyyar satış xidmətlərinin təşkil ediləcəyi yerlər barəsində məlumat almaq üçün 1652 Çağrı Mərkəzi və (+99451) 255-93-83, (+99451) 229-32-07 əlaqə nömrəsinə müraciət etmək lazımdır.
Afaq Mirayiq