"Daha bu cür şeylərdə adım hallanmayacaq" - FƏDAYƏ
    • 29-10-2019, 11:52
    • 861

"Daha bu cür şeylərdə adım hallanmayacaq" - FƏDAYƏ

Xəbər verdiyimiz kimi, müğənni Fədayə Laçın bu gün azadlığa çıxıb. 

News24.az Lent.az-a istinadən xəbər verir ki, azadlığa çıxan müğənni sevincini belə bölüşüb: "Sözlərimi kəlmələrlə ifadə edə bilmərəm. Çox xoşbəxtəm. İndi ancaq sənətimlə məşqul olacam. Sevənlərimi üzdüyümə görə peşmanam. Daha bu cür şeylərdə adım hallanmayacaq. İçəridə olanda ancaq ailə üzvlərimi görmək istəyirdim. Hamısını gördüm. Eyni kamerada olan dostlarımı bundan sonra da gedib yad edəcəm".