USD 1.7
EUR 1.858
TRY 0.2502
RUB 0.0238
  • Bakı 15°C
  • ŞUŞA 9°C
  • GƏNCƏ 13°C
  • LƏNKƏRAN 14°C
  • ŞƏKİ 14°C
  • QUBA 13°C
  • NAXÇIVAN 14°C

Güləşçimiz dünya çempionu oldu

İDMAN

Mətn ölçüsü

Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı davam edir.
News24.az xəbər verir ki, çempionatda 65 kq çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçimiz Turan Bayramov 1/8 finalda kanadalı həmkarını məğlub edib. 
Həmyerlimiz moldovalı rəqibinə də gücünü göstərərək yarımfinala yüksəlib. Fransa təmsilçisi ilə qarşılaşma gərgin mübarizə şəraitində keçib. Turan ilk hissəni 0:1 geridə başa vursa da, ikinci yarıda rəqibi əks-fəndə salaraq qələbə qazanıb və debüt etdiyi U-23 dünya çempionatının finalına vəsiqə qazanıb. 
Həlledici görüşdə T.Bayramovun rəqibi Yaponiya təmsilçisi Takuma Taniyama olub. Rəqibini məğlub edən güləşçimiz dünya çempionatının qızıl medalına sahib olub.

Xəbəri paylaş: