"Bakı Metropoliteni" maşinist seçimi aparır - Qadınlar da müraciət edə bilər
    • 30-10-2019, 14:59
    • 587

"Bakı Metropoliteni" maşinist seçimi aparır - Qadınlar da müraciət edə bilər

Bakı metropolitenində maşinist peşəsinə seçimlər davam edir.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, "Bakı Metropoliteni" QSC 3-cü dəfədir yeni qayda ilə maşinist peşəsinə seçimlər aparır. Yaşı 24-30 arası olan texniki təhsilli xanımlar bu sahədə özlərini sınaya bilərlər. Qeydiyyat vaxtı noyabr ayının 8-də yekunlaşacaq.

Qeyd edək ki, bir neçə aydır Bakı mertropoliteninin xətlərində hərəkət edən qatarlardan birini xanım maşinist idarə edir. Metropolitenin ilk xanım maşinisti Günay Həbiblidir.