Azərbaycana səfər edən amerikalı turistlərin SAYI ARTDI
    • 30-10-2019, 18:09
    • 550

Azərbaycana səfər edən amerikalı turistlərin SAYI ARTDI

Azərbaycana səfər edən amerikalı turistlərin sayı artıb.

Dövlət Turizm Agentliyindən News24.az-a verilən məlumata görə, bu barədə Agentliyin sədri Fuad Nağıyev ABŞ-ın yəhudi icmasını təmsil edən media nümayəndələri, turizm şirkətlərinin təmsilçiləri və sahibkarlardan ibarət heyətlə görüş zamanı bildirib.

Onun sözlərinə görə, 2019-cu ilin yanvar-sentyabr dövründə Azərbaycana səfər edən ABŞ-lı turistlərin sayı 15 min nəfər təşkil edib.

“Bu da ötən ilin eyni dövrünə nisbətdə 8% artım deməkdir”, - deyə F. Nağıyev qeyd edib.