Filipp Kirkorov Azərbaycan dilində DANIŞDI - VİDEO - FOTOLAR
    • 30-10-2019, 21:05
    • 1 005

Filipp Kirkorov Azərbaycan dilində DANIŞDI - VİDEO - FOTOLAR

Rusiya şou-biznesinin pop kralı, Xalq artisti Filipp Kirkorov Bakıda konsert proqramı ilə çıxış edib.

News24.az xəbər verir ki, Xalq artisti "Cvet nastroyeniya" adlı yeni şou-proqramını təqdim edib. Rəngarəng dekorasiya və xüsusi işıq effektləri ilə bəzədilmiş səhnə gələn hər kəsin zövqünü oxşayıb. Filipp Kirkorov ilk olaq mahnılarından ikisini ifa edib, daha sonra isə gələn qonaqlarla həmsöhbət olub. Pop kral Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, təşkilatçılara və bütün sevənlərinə təşəkkürünü bildirib. Bütün bunları isə Xalq artisti öncə Azərbaycan, daha sonra isə rus dilində söyləyib. Konsertdə həmçinin Xalq artisti Aygün Kazımova Filipp Kirkorovla "Can, canım, Azərbaycanım" adlı yeni duetlərini təqdim ediblər. Pop kral üç saat səhnədə ən hit ifalarını səsləndirib.

Qeyd edək ki, Xalq artistinin növbəti konserti sabah gerçəkləşəcək.

Sevda Bayramova